Lənkəranda qazın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metr hissəsinin dayaqlar üzərinə qaldıraraq küçənin kənarı ilə yenidən quraşdırılacaq.
Bununla bağlı sentyabrın 3-ü saat 10:00-dan işlər başa çatanadək şəhərin A.İsmayılov, 28 may, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri həmçinin Digah və Şiləvar kəndləri olmaqla ümumilikdə 2000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.