Lənkəran rayonunun İskəndər Səmədzadə küçəsində zibil qutularının olmaması sakinləri narahat edir. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.
Həzi Aslanovun ev-muzeyinə gedən yolda olan zibil qutuları yığışdırılıb. Bu səbəbdən ərazidə yaşayan sakinlər bütün məişət tullantılarını yolun kənarına yığırlar. Nəticədə ətrafa xoşagəlməz qoxu yayılır.