Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində kanalizasiya sularının daşması nəticəsində ətrafı pis qoxu bürüyüb. Bununla bağlı sakinlər bu gün, 16 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, “Starway” şadlıq sarayı, bina 11-in qarşısında artıq bir həftədir ki, bu mənzərəni müşahidə etmək olar.
“Bir neçə dəfə aidiyyəti quruma müraciət etmişik. Gəlib həll edəcəyik desələr də, mənzərə göz qabağındadır. Pis qoxudan nə pəncərələrimizi aça bilirik, nədə ki, həyətə düşüb otura bilirik”, - deyə sakinlər bildiriblər.