Lənkəranda artıq bir neçə gündür ki, evlərə ötürülən cərəyanın qeyri-stabil olması elektrik cihazlarının sıradan çıxmasına səbəb olur. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
Belə ki, elektrik cərəyanının göstəricisini əks etdirən cihazdan aydın görünür ki, evlərə ötürülən cərəyan qeyri-stabil olmaqla yanaşı, həm də normadan aşağıdır. 220 volt əvəzinə evlərə təqribən 130-160 volt cərəyan ötürülür ki, bu da sakinlərin narazılıqlarına səbəb olur.
Qeyd edək ki, bu problemlə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub.