Lənkəran rayonunun Xarxatan kəndində qazın verilişində fasilələr yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində verir.
Belə ki, bu gün saat 10:00-dan işlər yekunlaşana qədər Xarxatan, Cil, Şağlaser, Separadı, Tükəvilə, Zövlə, Qumbaşı, Boladı, Şirinsu, Nərimanabad, Üzümçülük, Balıqçılar kəndləri və Liman şəhərində ümumillikdə 9400 abonentin qaz təchizatı dayandırılıb.
Lənkəran Regional Qaz İstismarı İdarəsinin verdiyi məlumata görə, qazın verilişi istismarda olan əsas daşıyıcı qaz xətləri üzərində bir ədəd diametri 150 mm və bir ədəd diametri 300 mm siyirtmələrin quraşdırılması səbəbindən dayandırılıb.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.