Lənkəran rayonu Digah kəndinin sakinləri ərazidə telefon və qazın olmamasından narahatdırlar. Bununla bağlı onlar bu gün, 12 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Digah kəndinin “Çay bağı” adlanan ərazisində yaşayan 5 ailə iddia edir ki, kənddə qaz və telefon olmasına baxmayaraq, onlar bunlarla təmin olunmayıblar.
"Bu yaxınlarda Digah kəndinin qaz olmayan hissələri qazlaşıb, lakin biz kənarda qalmışıq. Eyni məsələ telefona da aiddir. Biz tərəfə dirək quraşdırılmayıb. Dəfələrlə bələdiyyəyə müraciət etmişik. Baxan yoxdur", - deyə sakinlər söyləyiblər.