Lənkəran şəhərində tullantılar piyadalar üçün ayrılmış yola atılıb. Bu haqda məlumatı bu gün, 6 yanvar tarixində Cenublu.az verir.
Belə ki, kütlənin çox olduğu Böyük bazar ərazisində məişət tullantıları yol kənarına qoyulub. Sakinlər bildirir ki, Çinar tibb mərkəzinin qarşısında tullantı qutuları yoxdur. Həmçinin, redaksiyamıza daxil olan məlumata əsasən, gediş-gəliş olan yol artıq 3 gündür ki yığışdırılmır.
"Şəhərin mərkəzidir bura, vəziyyətə baxın. Qoxuya görə buradan keçmək olmur", - deyə sakin öz müraciətində bildirib.
Bəs sizcə, şəhər tullantı qutuları ilə təmin edilsə, zibillər küçəyə atılacaq?