Kijəbə qəsəbəsində yeni su xətti çəkilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 mart tarixində verir.
Astaranın Kijəbə qəsəbəsindəki sitrus bağlarını sulamaq üçün yeni su xətti çəkilir. Əldə olunan məlumata görə, su çəkilişi üçün 1 milyon manat pul ayrılıb. Su xəttinin Burzubənd kəndinə kimi çəkilməsi nəzərdə tutulub.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün sıradan çıxmış borular yeniləri ilə əvəz ediləcək.
Qeyd edək ki, Kijəbə qəsəbə inzibati ərazi dairəsində yaşayan əhali, əsasən, əkinçiliklə məşğul olur. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbə iqtisadiyyatının əsasını təşkil edir.
[caption id="attachment_55487" align="alignnone" width="400"]
Cenublu.az[/caption]
[video width="1920" height="1080" mp4="https://cenublu.az/storage/photos/2024/03/Sequence-01_13.mp4"][/video]