“Azəriqaz” İB Lənkəran, Masallı, Biləsuvar və Astara rayonlarında “Açıq mikrofon” aksiyası keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində verir.
Belə ki, aksiyalar:
- 23 oktyabr tarixində Lənkəran şəhərində, Qəni Vəliyev adına Mədəniyyət Mərkəzinin qarşısında;
- 24 oktyabr tarixində Masallı rayonunda, Xəlfələr kənd məscidinin qarşısında;
- 26 oktyabr tarixində Bələsuvar rayonunda, Heydər Əliyev adına Mərkəzi parkda;
- 27 oktyabr tarixində Astara rayonunda, R.Camalov adına 7 saylı orta məktəbin qarşısında baş tutacaq.
Qeyd edək ki, aksiyalar saat 11:00-dan -12:00-dək davam edəcək.