Cəlilabadın mərkəzinin bir hissəsinə və 10 kəndinə qazın verilişi bərpa olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyun tarixində verir.
Belə ki, artıq həmin ərazilər qazla tam təmin edilib.
Qeyd edək ki, Abdullu kəndi istiqamətində müxtəlif diametrli, uzunluğu 24.000 metr olan ortatəzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Cavadxan, Ə.Cavad, Səttarxan-3, N.Tusi, N.Zeynalova küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı kəndləri olmaqla ümumilikdə 3500 abonentin qaz təchizatı müvəqqəti dayandırılmışdı.