Cəlilabad rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində verir.
Belə ki, Cəlilabad rayon Günəşli qaz paylayıcı stansiyasından qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200 mm-lik yeraltı qaz kəməri “CityNet” internet xətləri çəkən podraçı tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb. Qəzanın aradan qaldırılması üçün işlər görülür.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.