Masallı rayonunun bir neçə kəndində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, “Təmiz qaz” QSC-nin aşkar etdiyi yeraltı qaz sızmasının aradan qaldırılması və quraşdırılmış yerüstü yol keçidinin qoşulması üçün Bədəlan, Dəmirçi, Aşurlu, Çayqıraq kəndlərinin ümumilikdə 1600 abonentinin qaz təchizatının saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.