Masallı rayonu, Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar rayonun bəzi ərazilərində qazın verilişində fasilələr yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 avqust tarixində verir.
Belə ki, Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentinin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.