Bu gün, 24 iyun tarixində Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
Belə ki, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq, müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentinin qaz təchizatının saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.