Bu gün, 8 iyul tarixində Masallı rayonunun bəzi kəndlərində qaz olmayacaq. Bu haqda nəlumatı Cenublu.az verir.
Belə ki, Masallı rayonu ərazisində yerləşən “Tüklə” ölçü qovşağından Mahmudavar, Mololan və Rüdəkənar kəndlərini təbii qazla təchiz edən diametri 114 mm-lik ortatəzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə bu gün saat 10:00-dan işlər yekunlaşana qədər Mahmudavar, Mololon və Rüdəkənar kəndlərində ümumilikdə 1300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.