Cəlilabad rayonunun Göytəpə şəhərində bu gün, 7 iyun tarixində qazın verilişində məhdudiyyət yaranıb. Bu haqda məlumatı Cenublu.az Bizim.media-ya istinadən verir.
Bildirilib ki, Göytəpə şəhərində 1300 abonenti təbii qazla təmin edən mövcud qaztənzimləyici boru xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 7 iyun saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək təbii qazın verilişi dayandırılıb.
Abonentlərdən diqqətli olmaları xahiş olunur.