Bu gün, 27 iyul tarixində şənbə günü iməcilik işlərinin keçirilməsi ilə əlaqədar Cənub bölgəsinə daxil olan bir sıra rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Saat 10:00-dan saat 12:00-a kimi Cəlilabad rayonunun bir hissəsində, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndlərində və Astaranın Kakalos, Kijəbə, Ərçivan, Səncərədi kəndlərində elektrik enerjisi dayandırılacaq.
Həmçinin saat 10:00-dan saat 13:00-a kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndlərində, Yardımlının Gabran və Honovar kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvarın Əmənkənd qəsəbəsində və rayonun bir hisəsində və saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hissəsi və Siyov kəndidə də elektrik enerjisinin verilişində fasilə yaranacaq.