Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində iməcilik işlərinin keçirilməsi ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində verir.
Belə ki, 29 iyun saat 10:00-dan 12:00-dək:
- Biləsuvarın Nəsimikənd, Əsgərabad kəndləri və rayonun bir hissəsi;
- Cəlilabadın Uzuntəpə kəndi;
- Lənkəranın Separadi kəndi;
- Lerikin Siyov və Cəngəmiran kəndləri;
- Yardımlının Keçələkəran, Vərov, Horavar, Əngövül, Şəfəqli, Kürəkçi, Avaş, Perimbel, Cerimbel kəndləri;
- Astaranın Ərçivan, Səncərədi, Qapıçıməhəllə, Giləkəran kəndlərində işığın verilişində fasilələr yaranacaq.