Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməcilik işlərinin keçirilməsi ilə əlaqədar bu gün bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində verir.
Belə ki, Biləsuvarın Əmənkənd qəsəbəsi, Səmədabad kəndi, Cəlilabadın Ocaqlı, Ağdaş, Axtaxana, Soyuqbulaq, Masallının Şatıroba, Ətcələr, Səmidxanlı kəndləri, həmçinin Lənkəranın Havzova, Girdəni kəndləri, Yardımlının Horavar kəndi və rayonun bir hissəsi, Lerikin Biləvər, Kələxan, Monidigah, Gürdəsər kəndləri, Astaranın Ərçivan, Təngərüd, Giləkəran kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İməcilik işləri sözügedən ərazilərdə saat 10:00-dan 12:00-dək davam edəcək.