Bu gün, 1 sentyabr tarixində Astara rayonunun Artupa kəndində qazın verilişində fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Belə ki, “Ərçivan” QPS-dən qidalanan, Artupa kəndini təbii qazla təchiz edən PE-160mm-lik ortatəzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə kəndin ümumilikdə 515 abonentinin saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.