Astara rayonunda qazın verilişində fasilə yaranacaq. Bu haqda Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərini kipliyə yoxlanılacaq. Bununla əlaqədar Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.