Bu gün, 29 fevral tarixində Astaranın bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 fevral tarixində verir.
Belə ki, Astara şəhərinin Nizami küçəsindən keçən diametri 160 mm-lik ortatəzyiqli yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Astara ölçü qovşağından qidalanan Astara şəhəri Nizami, H.Aslanov, N.Orucov və Z.Bünyadov küçələri olmaqla ümumilikdə 300 abonentin qaz təchizatının bu gün saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.