Astarada qazın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Tüləgivan istiqamətində qaz kəmərinin kipliyə yoxlanması ilə əlaqədar mavi yanacağın veriləməsi dayandırılacaq.
Bununla bağlı avqustun 30-u saat 10:00-dan etibarən işlər yekunlaşana qədər rayonun Tüləgivan, Deqədi, Səlivə və Ojəkəran kəndləri olmaqla ümumilikdə 920 abonent qazdan istifadə edə bilməyəcək.