Astara şəhərinin mərkəzi küçələri zibillənir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 fevral tarixində verir.
Belə ki, şəhərin Azərbaycan və İstiqlaliyyət küçələrində zibillər naməlum şəxslər tərəfindən küçəyə atılıb. Azərbaycan küçəsində tullantılar üçün nəzərdə tutulmuş yer olsa da, zibillər həmin yerin yaxınlığına yığılıb.