Astara şəhərinin bir sıra küçələrində qazın verilməsində fasilə yaranacaq.
Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində Lənkəran Regional Qaz istismarı İdarəsinə istinadən verir.
Belə ki, şəhərin H.Aslanov, S.Vurğun və Nuru Paşa küçələrində (abonent sayı 1568) təbii qazla təmin edən diametri 200 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə qaz təchizatının verilməsi dayandırılacaq. Təbii qaz 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər olmayacaq.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.