Bu gün Astara rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Rayonun Kijəbə qəsəbəsində “Ailə sağlamlıq mərkəzi”nin qaz xətti şəbəkəyə birləşdiriləcək. Bununla əlaqədar 29 dekabr tarixində saat 10:00-dan işlər yekunlaşana qədər 700 abonentin qazı olmayacaq.
Abonentlərdən diqqətli olmaları xahiş olunur.