Masallıda qazın verilməsində fasilələr yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 sentyabr tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, tədbirlər planına əsasən, “Masallı” ölçü qovşağından qidalanan Masallı şəhərinin H.Aslanov küçəsində, Statistika idarəsinin qarşısında RDQ-150 tipli qaz tənzimləyicisinin quraşdırılması ilə əlaqədar Qızılavar, Lürən və Ərkivan kəndlərində, həmçinin H.Aslanov küçəsində ümumilikdə (3870 abonent) qaz təchizatının 12 sentyabr saat 10:00-dan işlər yekunlaşana kimi dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz xahiş olunur!