top
Xəstənin ölümünə səbəb olan təcili yardım avtomobilinin sürücüsünə HÖKM
31 yanvar 2026, 14:45
- +

Xəstənin ölümünə səbəb olan təcili yardım avtomobilinin sürücüsünə HÖKM

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Daşqın İsgəndərovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib və yekun qərar elan olunub.

İttihama görə, Daşqın İsgəndərov Saatlı Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım avtomobilinin sürücüsü kimi çalışıb. Hadisə 2023-cü ildə Saatlı rayonu ərazisində baş verib. O, xəstəni həkim və feldşer ilə birlikdə xəstəxanaya apararkən "Fiat Doblo" markalı təcili tibbi yardım avtomobili ilə yol qəzası törədib.

Məhkəmə tərəfindən müəyyən edilib ki, sürücü yolun döngəli hissəsində avtomobilə nəzarəti itirib və qarşı istiqamətdə hərəkətdə olan "Hyundai Sonata" markalı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmaya səbəb olub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb, xəstə isə vəfat edib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilərək məhkumun cəzası 4 il 6 ay müddətinə endirilib. 

Ali məhkəmənin qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Daşqın İsgəndərovun barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilib. O, azadlıqdan məhrumetmə cəzasından azad olunub.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Cəlilabadda əkin sahələri kanalizasiya suyu ilə suvarılır

Bütün xəbərlər
Dünən, 17:30

Müəllimlərin ikinci sertifikasiya prosesi nə vaxt olacaq? - Nazir AÇIQLADI

Bütün xəbərlər
Dünən, 16:55

Nazir: təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

İqtisadiyyat
Dünən, 16:20

Salyanda elektrik şəbəkəsinin yenilənməsi 4.5 milyon manata başa gələcək

Bütün xəbərlər
Dünən, 15:45

"Canavar" ləqəbli qəhrəman şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 15:05

Bu ilin 8 ayında dəyəri 208 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 675 nəfər narkotikə görə müalicə alır

Bütün xəbərlər
Dünən, 13:50

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 13:15

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:40

Lənkəranda avtomobillər toqquşub: iki nəfər xəsarət alıb - VİDEO

Kriminal
Dünən, 12:05

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:33

Azərbaycanda ötən ay neçə nəfər dünyasını dəyişib?

Bütün xəbərlər
Dünən, 11:00

Bu gündən dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 10:30

Lerikli şair dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 09:55

Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət

Bütün xəbərlər
Dünən, 09:19

FHN: Ötən həftə 412 yanğına çıxış olub, 41 nəfər xilas edilib - VİDEO

İqtisadiyyat
11 sentyabr 2026, 15:00

Astarada kivi yığımı başladı – qiymətlər necədir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:02

Süni intellektlə bağlı ayrıca qanun qəbul oluna bilər

Bütün xəbərlər
11 sentyabr 2026, 13:06

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
11 sentyabr 2026, 12:11

Lənkəranda istirahət mərkəzi cərimələndi

Bütün xəbərlər
11 sentyabr 2026, 11:02

Magistratura və bakalavr təhsilinin müddətinin azaldılması təklif edilir

Bütün xəbərlər
11 sentyabr 2026, 10:34

Bağçaların tərbiyəçi-müəllimləri gələn ay sertifikatlaşdırma prosesinə cəlb olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 10:01

Sabirabadda kişinin meyiti anbarda tapıldı

Mədəniyyət
11 sentyabr 2026, 09:03

Lənkəranlı aktyorun ad günüdür

Oxşar xəbərlər