top
Vəfat edən 10 günlük əsgər VƏRƏM İMİŞ? - RƏSMİ AÇIQLAMA
07 fevral 2026, 13:13
- ↺ +

Vəfat edən 10 günlük əsgər VƏRƏM İMİŞ? - RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, 10 günün əsgəri olan Masallı sakini Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalında dünyasını dəyişib.

Cenublu.az xəbər verir ki, Müdafiə Nazirliyinin əsgəri Coşqunun vərəm xəstəsi olduğu iddia olunub.

Bu barədə hərbi bloqer Tofiq Şahmuradov feysbukda paylaşıma rəy yazıb.

Onun sözlərinə görə, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş.

"Rəhmətə gedən əsgərin yaxınları bir az öncə mənimlə əlaqəyə çıxdılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşayıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb.

Buna baxmayaraq, yanvar çağırışının son günlərində qəfil hərbi xidmətə göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib," – deyə o bildirib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Cenublu.az-a açıqlama verib. 
"Hazırda sözügedən məsələ ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır. İstintaqın yekununda hüquq-mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət veriləcək," - deyə bildirib.

Qeyd edək ki, Quru Qoşunlarında xidmət edən Coşqun Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedibmiş.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
Bu gün, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
Bu gün, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
Bu gün, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Oxşar xəbərlər