Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb.
Bu barədə Cenublu.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.