Ötən gün ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Cenublu.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub.
Qeyd edilib ki. axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.