top
Mülkə görə əmisini 15 bıçaq zərbəsilə öldürdü — TƏFƏRRÜATLAR
11 fevral 2026, 10:00
- ↺ +

Mülkə görə əmisini 15 bıçaq zərbəsilə öldürdü — TƏFƏRRÜATLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində əmisini öldürməkdə təqsirləndirilən Elşən Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, hadisə Lənkəranın Vilvan kəndində baş verib. Kənd sakinləri Vəliağa Səbziyev və qardaşı Hüseynqulu ata evində yaşayıblar. Ataları vəfat etdikdən sonra Vəliağa özü üçün ayrıca ev tikdirsə də, ata evini də miras kimi öz adına rəsmiləşdirib. Buna baxmayaraq, Hüseynqulu və ailəsi həmin evdə qalmaqda davam edib.

Bir müddət sonra qardaşlar arasında münasibətlər gərginləşib. Vəliağa qardaşının ailəsindən ata evini tərk etməyi tələb edib. Lakin gedəcək başqa yerləri olmadığı üçün onlar evdən çıxmayıblar. Mübahisələr getdikcə kəskin xarakter alıb.

Ötən il mayın 29-da Hüseynqulunun oğlu Elşən Hüseynzadə əmisi Vəliağanı öldürmək qərarına gəlib. O, evdən mətbəx bıçağı götürərək axşam saatlarında kəndin örüş sahəsinə yollanıb. 

Vəliağa heyvanlarını aparmağa gəldikdə Elşən onun qarşısını kəsərək mülkdən əl çəkməsini tələb edib. Tərəflər arasında yaranan mübahisə zamanı Elşən əmisi Vəliağaya 15 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Hadisədən dərhal sonra Elşən rayon ərazisini tərk edərək Bakıya gəlib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, hava limanında saxlanılıb və istintaqa təhvil verilib.

Məhkəmənin hökmü ilə Elşən Hüseynzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
Bu gün, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
Bu gün, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
Dünən, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
Dünən, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
Dünən, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Bütün xəbərlər
Dünən, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:00

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bütün xəbərlər
Dünən, 11:15

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Dünən, 10:35

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan kişi ilə bağlı - Yeni detallar

Kriminal
Dünən, 10:00

Sevgilisini yumruqlayan cəlilabadlı məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 09:17

Masallıdan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
12 noyabr 2026, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
12 noyabr 2026, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Oxşar xəbərlər