top
Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib
Bu gün, 16:37
- ↺ +

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda 6-cı "Hindquşu – Mətbəx Festivalı" təşkil olunub. Festivalda hindquşu ətindən hazırlanan təamlarla yanaşı, yerli kənd təsərrüfatı məhsulları, milli sənətkarlıq nümunələri və müxtəlif mədəni təqdimatlar nümayiş etdirilib.

Tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Dövlət Turizm Agentliyinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalın əsas məqsədi quşçuluq sahəsinin inkişafına dəstək göstərmək, milli mətbəxi təbliğ etmək və regionun turizm potensialını tanıtmaq olub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, fermerlər, sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Günay Ağamalı çıxış edərək festivalın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə tədbirlər turizmin inkişafına, milli adət-ənənələrin və mədəni irsin təbliğinə, quşçuluq sahəsinin təşviqinə, habelə rayonun iqtisadi imkanlarının tanıdılmasına töhfə verir.

Festival çərçivəsində hindquşu ətindən hazırlanmış müxtəlif milli təamlar təqdim olunub. Yemək müsabiqəsində fərqlənən iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər. Qonaqlar Çin və özbək mətbəxinin nümunələri, eləcə də amerikansayağı hindquşu ləvəngisi ilə tanış olublar.

Tədbir iştirakçılarına yerli kənd təsərrüfatı məhsullarından ibarət satış yarmarkası təqdim edilib, kənd həyatını əks etdirən xüsusi guşə nümayiş olunub. Festival proqramında milli adət-ənənələri yaşadan toy mərasimlərinə də yer ayrılıb.

Bununla yanaşı, darts, nərd, tir atıcılığı, oxatma və kəndirdartma yarışları təşkil edilib. Kəndirbazlar və pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Müxtəlif əl işləri, rəsm əsərləri, Basqal şirniyyatları və kəlağayı nümunələri sərgilənib.

Bölgənin ekoturizm imkanlarını əks etdirən fotosərgi, sənətkarların əl işləri və həsirçilik nümunələri də ziyarətçilərin diqqətinə çatdırılıb. Festival milli və xarici musiqi nümunələrinin səsləndirilməsi, rəqs kollektivlərinin çıxışları ilə davam edib.

Mənbə: AZERTAC

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:39

Böyük futbolun cənub həsrəti: "Viləş"dən "Xəzər Lənkəran"a

Bütün xəbərlər
Bu gün, 15:48

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 15:28

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Bütün xəbərlər
Bu gün, 14:40

İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb

Kriminal
Bu gün, 14:00

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 13:02

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:00

Masallıda 5 kiloqramdan artıq narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:13

Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 10:14

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Bütün xəbərlər
Bu gün, 09:36

Saatlıda avtomobil yanıb kül oldu

Bütün xəbərlər
Dünən, 17:35

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb

Bütün xəbərlər
Dünən, 15:30

Astarada balıqçılıq və sitrusçuluğun inkişafı istiqamətində işlər genişləndirilir

Bütün xəbərlər
Dünən, 14:20

LDU-da meydançaların qurulmasına başlanılır

Kriminal
Dünən, 13:46

Toyda rəqs üstündə DAVA: saxlanılan var

Bütün xəbərlər
Dünən, 13:01

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib

Bütün xəbərlər
Dünən, 12:24

Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı

Bütün xəbərlər
Dünən, 11:39

Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra öldü

Faydalı
Dünən, 11:04

Atasının sırıqlısı ilə instituta gedən astaralı qocaman PEDAQOQ

Bütün xəbərlər
Dünən, 10:03

Lənkəranlı Şuşa fatehimizin ad günüdür

Kriminal
Dünən, 09:17

Sabirabadda yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qarakənd faciəsinin 35-ci ildönümüdür

Bütün xəbərlər
Dünən, 00:01

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Oxşar xəbərlər