Lənkəranda avtomobil 4 yaşlı uşağı vurub.
Cenublu.az xəbər verir ki, hadisə Nərimanabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı uşağı vurub. Sürücü dərhal azyaşlını avtomobillə Lənkəran rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıb.
Ağır vəziyyətdə olan uşağa ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, 2022-ci il təvəllüdlü azyaşlıya travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub.
Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.