Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Neftçala rayon sakini Mübariz (ad şərtidir) kirayə haqqının vaxtında ödənilməməsi üstündə həyat yoldaşı Südabə (ad şərtidir) ilə mübahisə edib.
Belə ki, Mübariz kirayə haqqını gecikdirdiyi üçün ev sahibi tez-tez mənzilin qapısını döyərək ödənişi tələb edib. Qadın isə buna görə ərini günahlandırıb.
Hadisə günü səhər saatlarında ər-arvad arasında yenidən mübahisə yaranıb. Bu zaman Mübariz əsəbiləşərək həyat yoldaşının baş nahiyəsinə əli ilə bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi açılsa da, tərəflərin barışması və zərərçəkənin şikayətçi olmaması nəzərə alınaraq Xətai Rayon Məhkəməsi cinayət işi üzrə icraata xitam verib. Mübariz cinayət məsuliyyətindən azad edilib.
Mənbə: demokrat.аz