top
İmişlidə qanlı dava: Dostunu bıçaqlayan gəncə CƏZA
09 iyul 2026, 13:48
- ↺ +

İmişlidə qanlı dava: Dostunu bıçaqlayan gəncə CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 İmişlidə 21 yaşlı oğlan tanışını bıçaqladığına görə məhkəmə qarşısına çıxıb.

Hadisə şəhərin Heydər Əliyev adına parkında baş verib. 2005-ci il təvəllüdlü Sərxan "TikTok"da yaranan mübahisəni aydınlaşdırmaq üçün Nurlanla görüşə gedib. Həmin görüşdə həm onun, həm də Nurlanın dostu olan Ramal da iştirak edib.

Sərxanın sözlərinə görə, Nurlanla barışdıqdan sonra Ramalla arasında mübahisə yaranıb. O bildirib ki, Ramal əvvəlcə kəmərinin dəmir hissəsi ilə başına zərbə vurub. Bundan sonra isə əvvəlcədən gizlətdiyi mətbəx bıçağı ilə Ramalı sol böyründən bir dəfə vurub.

Hadisədən sonra Sərxan əmisi oğlu ilə birlikdə taksi ilə Bakıya getsə də, polis əməkdaşlarının zəngindən sonra geri qayıdaraq könüllü təslim olub. O, məhkəmədə əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını, atasının vəfat etdiyini, anasının xəstə, bacısının isə tələbə olduğunu deyərək yüngül cəza istəyib.

Ramal isə ifadəsində Sərxanla Nurlanı barışdırmaq üçün görüşə gəldiyini, mübahisə zamanı əvvəlcə kəmərlə Sərxana zərbə endirdiyini, daha sonra isə Sərxanın gizlətdiyi bıçaqla onu döş qəfəsi nahiyəsindən vurduğunu bildirib.

Məhkəmə Sərxanı qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilərək ona 4 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub.

Adlar şərtidir.

Mənbə: demokrat.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər