top
Əmlakları adına keçirmir deyə arvadını döyənin cəzası azaldıldı
10 fevral 2026, 13:00
- ↺ +

Əmlakları adına keçirmir deyə arvadını döyənin cəzası azaldıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirvan Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Əkbər Namazov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb və qərar elan olunub.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Əkbər Namazov 2007-ci ildə Mehriban Namazova ilə ailə həyatı qurub və birgə yaşadıqları dövrdə ona qarşı mütəmadi fiziki və psixoloji zorakılıq tətbiq edib. O, müxtəlif vaxtlarda həyat yoldaşını döyərək və digər zorakı hərəkətlərlə zərərçəkmişə güclü fiziki ağrı və psixi iztirablar yaşadıb.

İttihama görə, 2020-ci ildə Masallı rayonunda yerləşən mənzildə qadına məxsus daşınmaz əmlakların onun adına keçirilməməsini bəhanə edərək azyaşlı övladlarının gözü qarşısında Mehriban Namazovanın baş və alın nahiyələrinə yumruq zərbələri endirib. Nəticədə zərərçəkmiş yüngül dərəcəli bədən xəsarəti alıb. 2021-ci ildə isə eyni səbəblə ona tərəf şüşə qab ataraq sağ əlin barmağında kəsilmiş yara ilə nəticələnən xəsarət yetirib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs sonrakı dövrlərdə də qadını mütəmadi təhqir edib, saçını dartmaq, barmaqlarını sıxmaq, yumruq və təpik zərbələri endirmək kimi zorakı hərəkətləri davam etdirib. Sonuncu dəfə 2024-cü ildə zərərçəkmiş şəxsin çox pul qazanmasını, lakin ailəyə az vəsait verməsini bəhanə edərək azyaşlı övladının gözü qarşısında Mehribanı yumruq və təpik zərbələri ilə döyüb, onu itələyərək yerə yıxıb.  

Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il azadlıqdan məhrum edilmişdi. Apellyasiya instansiyası cəzanı ağırlaşdıraraq 3 ilə qaldırıb, lakin "Konstitusiya və Suverenlik İli" ilə bağlı amnistiya tətbiq edilərək cəza 6 ay azaldılıb və qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə saxlanılıb. Qeyd edək ki, ad və soyadlar şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər