top
Cəlilabadda dəhşətli qətl: Təhqir etdiyi üçün 74 dəfə bıçaqladı
10 iyun 2026, 10:30
- ↺ +

Cəlilabadda dəhşətli qətl: Təhqir etdiyi üçün 74 dəfə bıçaqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətldə təqsirləndirilən Təhmasib Əliyevin cinayət işi üzrə hökm elan edilib.

İttihama görə, hadisə Cəlilabad rayonunda baş verib. Təhmasib Əliyev qardaşının həyat yoldaşı Rəviyyə Nərmanova ilə həyətdə yaranmış mübahisədən sonra qadından qisas almaq qərarına gəlib. Mübahisə zamanı zərərçəkmişin onu və mərhum atasını təhqir etməsi təqsirləndirilən şəxsin narazılığına səbəb olub.

İstintaqla müəyyən edilib ki, həmin gecə spirtli içki qəbul edən Təhmasib Əliyev qatlanan bıçaq götürərək açıq pəncərədən evə daxil olub. Otaqda yatmış qadın yaranan səsə oyansa da, qaranlıq olduğundan qarşısındakı şəxsi həyat yoldaşı hesab edib.

Bundan istifadə edən təqsirləndirilən şəxs əvvəlcə qadının boğazından tutub, daha sonra ona çoxsaylı bıçaq zərbələri endirib. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, Rəviyyə Nərmanovaya ümumilikdə 74 bıçaq xəsarəti yetirilib, onlardan 6-sı həyat üçün təhlükəli ağır xəsarətlər olub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə ifadə verən Təhmasib Əliyev əməlini etiraf edərək bildirib ki, təhqirlərdən sonra əsəbiləşib, gecə yata bilməyib və qisas məqsədilə bu cinayəti törədib. O, hadisə zamanı sərxoş olduğunu, neçə zərbə vurduğunu xatırlamadığını deyib və peşman olduğunu bildirib.

Zərərçəkmişin hüquqi varisi olan bacısı isə hadisədən əvvəl ailə daxilində ciddi mübahisələrin yaşandığını, bacısına ölüm hədələri edildiyini söyləyib.

Məhkəmənin hökmü ilə Təhmasib Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər