top
Bacısının yazışmalarına görə Cəlilabadda qətl törətdi: 10 il həbs
14 iyul 2026, 12:10
- ↺ +

Bacısının yazışmalarına görə Cəlilabadda qətl törətdi: 10 il həbs

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Cəlilabadda törədilən qətllə bağlı İbrahim Babayevə 10 il azadlıqdan məhrumetmə cəzası verib.

İttihama görə, hadisəyə səbəb təqsirləndirilən şəxsin bacısının Firuz Baxşizadə ilə "WhatsApp" yazışmalarının ailəsində münaqişə yaratması olub. Məsələni aydınlaşdırmaq üçün Bakıdan Cəlilabada gələn İbrahim əvvəlcə Firuzun əmisi Azər Baxşiyevlə əlaqə saxlayaraq Firuzu görüşə gətirməsini istəyib. Azər buna əməl etmədikdən sonra İbrahim onu öldürmək qərarına gəlib, bazardan qatlanan cib bıçağı alıb və görüşə yollanıb.

2026-cı il fevralın 16-da Uzuntəpə kəndindəki evdə Azərlə görüş zamanı İbrahim bıçaqla onun sinəsinə bir zərbə endirib. Ürək nahiyəsindən aldığı ağır xəsarət nəticəsində Azər Baxşiyev hadisə yerində ölüb.

Məhkəmədə İbrahim Babayev qəsdən adam öldürmə ittihamını qismən qəbul edib. O bildirib ki, məqsədi öldürmək yox, Azəri vurmaq olub. Onun sözlərinə görə, Azərin ayağına zərbə endirmək istəyərkən bıçaq təsadüfən sinəsinə dəyib. Təqsirləndirilən şəxs hadisədən sonra 102 xidmətinə özü zəng etdiyini, əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş tərəf isə məhkəmədə bildirib ki, mübahisəni böyüklərin iştirakı ilə sülh yolu ilə həll etmək üçün görüş təşkil edilmişdi və təqsirləndirilən şəxslə barışmayaraq ondan şikayətçi olduqlarını vurğulayıb.

Mənbə: Pravda.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər