Saatlı rayonunda 66 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Hadisə rayonun kəndlərindən birində baş verib. Belə ki, 1960-cı il təvəllüdlü Əfsən ailə münaqişəsi zamanı həyat yoldaşını yumruqla vurub, daha sonra onun başını divara çırpıb.
Kişi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Məhkəmədə əməlini etiraf edən Əfsən peşman olduğunu və həyat yoldaşı ilə barışdığını bildirib.
Saatlı Rayon Məhkəməsi zərərçəkmiş şəxslə barışıq əldə olunmasını nəzərə alaraq, Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verib.