Azərbaycanın səhiyyə naziri Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub.
Cenublu.az xəbər verir ki, səfər zamanı xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat və kadr potensialı barədə məlumat verilib.
Daha sonra nazir Lənkəran Regional Perinatal Mərkəzində olub, burada ana və uşaq sağlamlığının qorunması istiqamətində göstərilən tibbi xidmətlərlə tanış olub.
Anar Bayramov xəstəxana rəhbərliyi ilə görüşdə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentlər üçün əlçatanlığın artırılması, rəqəmsal həllərin genişləndirilməsi və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.