Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı həyatını itirib.
Cenublu.az xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhədə gedən döyüşlər zamanı həlak olub.
Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan Vaqifin nəşi tapılıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Vaqif Qəhrəmanov ailəli idi, 5 övladı var.
Mərhumun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün vətənə gətiriləcəyi gözlənilir.