top
22 yaşlı gəlin breketə görə qaynanasını ÖLDÜRDÜ - TƏFƏRRÜAT
18 mart 2026, 14:29
- ↺ +

22 yaşlı gəlin breketə görə qaynanasını ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astaranın Kolatan kəndində qayınanasını qətlə yetirməkdə ittiham olunan 22 yaşlı Ruhanə İmanova barədə məhkəmə araşdırması başa çatıb. 

Məlum olub ki, hadisə gözlənilməz səbəbdən – gəlinin dişlərinə breket taxdırması ilə bağlı yaranan mübahisədən başlayıb. 55 yaşlı qayınana Xalidə Manafova buna qarşı çıxıb və tərəflər arasında mübahisə böyüyüb. Nəticədə Ruhanə qayınanasını bıçaqlayaraq qətlə yetirib.

Ruhanə məhkəmədə özünü təqsirli bilib və peşman olduğunu deyib. O bildirib ki, 4 il ərzində qayınanası ilə münasibətləri gərgin olub və tez-tez mübahisələr yaşanıb. Onun sözlərinə görə, qayınanası ona məhdudiyyətlər qoyur, hətta çimməsi üçün cəmi 5 dəqiqə vaxt verirmiş. Son mübahisə zamanı isə qayınananın həm ona, həm də 8 aylıq körpəsinə qarşı təhqiramiz ifadələr işlətməsi Ruhanəni özündən çıxarıb.

İş materiallarında qeyd olunub ki, hadisədən sonra qadın əvvəlcə qayınanasının ölümünü intihar kimi göstərməyə çalışıb və həyat yoldaşına da bu cür məlumat verib. Lakin polis tərəfindən saxlanıldıqdan sonra törətdiyi əməli etiraf edib.

Məhkəmədə mərhumun oğulları da ifadə verib. Ruhanənin əri hadisəni təsdiqləyərək bildirib ki, anası ilə həyat yoldaşı arasında mübahisələr mütəmadi xarakter daşıyıb. O, həmçinin həyat yoldaşının belə bir cinayət törətməsindən təəssüfləndiyini deyib.

İlkin olaraq Ruhanəyə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə 14 ildən 20 ilə qədər həbs cəzası tələb olunurdu. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu ittihamı düzgün hesab etməyib və əməli qəsdən adam öldürmə kimi qiymətləndirib. Məhkəmə kollegiyası hesab edib ki, vurulan zərbələr xüsusi qəddarlıq niyyəti ilə deyil, öldürmə məqsədilə yetirilib. İki azyaşlı uşağın anası olması da nəzərə alınaraq Ruhanəyə 10 il həbs cəzası verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər