top
15 yaşlı qızı qaçıran kişi barədə məhkəmə qərar verdi
22 aprel 2026, 16:48
- ↺ +

15 yaşlı qızı qaçıran kişi barədə məhkəmə qərar verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İmişli rayonunda 25 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər edib.

Hadisə ötən il oktyabrın 1-də İmişli şəhərində baş verib.

Sərxan 2010-cu il təvəllüdlü Samirə ilə "WhatsApp" qrupunda tanış olub. 2025-ci ilin iyunundan etibarən yazışaraq yaxınlaşıblar və aralarında sevgi münasibəti yaranıb. Sərxan ifadəsində qızın yaşını, hətta onun 31 dekabrda 15 yaşını tamamlayacağını da bildiyini deyib. Buna baxmayaraq, o, Samirəyə qoşulub qaçmağı təklif edib və qız razılaşıb.

Məhkəmə materiallarına görə, plan üzrə 1 oktyabr gecəsi Samirə anası yatdıqdan sonra evdən çıxıb. Sərxan əvvəlcədən dayısına məxsus boş evin açarlarını götürüb və qızı gözləyib. 

Onlar gecə saatlarında görüşərək həmin evə gediblər. İfadəyə əsasən, evin yataq otağında əvvəl söhbət ediblər, daha sonra isə intim münasibətdə olublar və qızın bakirəliyi pozulub. Samirə həmin vaxt anasına mesaj yazaraq "öz xoşumla qaçmışam" deyə məlumat verib.

Səhər qızın evdə olmadığını görən anası narahat olaraq yaxınlarına və polisə xəbər verib. Daha sonra Sərxanın qohumu Tahir onları görərək Samirənin polis tərəfindən axtarıldığını bildirib. Bundan sonra Sərxan qızı evinə qaytarıb, özü isə polis tərəfindən saxlanılıb.

Məhkəmədə Sərxan ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu və gələcəkdə Samirə ilə evlənmək niyyətində olduğunu deyib. Zərərçəkmiş tərəf və onun qanuni nümayəndəsi şikayətçi olmadıqlarını, tərəflər arasında barışıq əldə edildiyini bildiriblər.

İmişli Rayon Məhkəməsinin hökmü ilə Sərxan Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək cəza şərti hesab olunub və 1 il sınaq müddəti müəyyən edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
Bu gün, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
Bu gün, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
Dünən, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
Dünən, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
Dünən, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Bütün xəbərlər
Dünən, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:00

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bütün xəbərlər
Dünən, 11:15

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Dünən, 10:35

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan kişi ilə bağlı - Yeni detallar

Kriminal
Dünən, 10:00

Sevgilisini yumruqlayan cəlilabadlı məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 09:17

Masallıdan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
12 noyabr 2026, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
12 noyabr 2026, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Bütün xəbərlər
12 noyabr 2026, 15:00

Masallının bu kəndinin sakinləri yollardan şikayətçidirlər

Faydalı
12 noyabr 2026, 14:03

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
12 noyabr 2026, 13:30

10 ayda istehlakçılara qaytarlıan ƏDV-nin məbləği açıqlanıb

Bütün xəbərlər
12 noyabr 2026, 12:49

Sabah hava necə olacaq?

İqtisadiyyat
12 noyabr 2026, 12:03

Azərbaycanda gələn il mədəniyyət xərclərinin gözlənilən strukturu məlum olub

Oxşar xəbərlər