top
MİDA-da güzəştli mənzil seçimi dəyişir: Aparat rəhbəri yeni qaydaları açıqlayıb
20 avqust 2026, 13:26
- ↺ +

MİDA-da güzəştli mənzil seçimi dəyişir: Aparat rəhbəri yeni qaydaları açıqlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşların məmnunluğunun artırılması və "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması Mənzil İnşaatı Dövlət Agentliyinin əsas prioritetlərindən biridir. Bu məqsədlə "Güzəştli mənzil" sisteminin funksionallığının artırılması, istifadəçilər üçün daha rahat, təhlükəsiz və bərabər seçim prosesinin yaradılması istiqamətində Agentlik tərəfindən müntəzəm olaraq müvafiq təkmilləşdirmə işləri davam etdirilir. Yeniliklər Sistemin hər bir istifadəçisinə bərabər seçim şəraiti yaradılmasına, şəffaflıq və operativliyin yüksəldilməsinə xidmət edir.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov "Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklərə dair bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, aparılan son təkmilləşdirilmədən sonra "Güzəştli mənzil" sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib: "Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq "ünvan üzrə" seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində"Mənzillər"bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq "xəritə üzərində" və "parametrlər üzrə" axtarış üsulları aktivləşəcək".

Cəmşid Əmirov qeyd edib ki, xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər: "Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.

Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq".

Aparat rəhbərinin sözlərinə görə, növbəti yenilik "Seçimlər" mərhələsi ilə bağlıdır: "Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.
Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş "Güzəştli mənzil" sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı "Təsdiq et" düyməsini sıxdıqdan sonra dərhal "Ərizəçi" statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.

Əlavə edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində "Mənzillər" bölməsinə, "Güzəştli mənzil" sistemində isə "Demo satış" bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. Qeyd edək ki, "Güzəştli mənzil" sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər".

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Mənbə: trend.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Oxşar xəbərlər