top
Çörək ucuzlaşacaq? – PROQNOZ
22 noyabr 2024, 05:33
- +

Çörək ucuzlaşacaq? – PROQNOZ

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% və ya 463 ton, məbləğ baxımından isə 17% və ya 41.9 milyon dollar azdır.

Qeyd edək ki, 2024-cü ilin 10 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% azalaraq 368 manat təşkil edib.

Bəs bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcəkmi?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, bizim.media-ya açıqlamasında bildirib ki, bu statistikaya əsasən ilk ağılagələn çörəyin qiymətinin 10-15 faiz ucuzlaşmalı olduğudur:

“Bu, hələ ki, baş verməyib. Amma bu qiymət enişi hesabına çörəyin qiyməti ən azı sabit qalıb. Üstəlik, çəkiyə və keyfiyyətə də ötən müddətdə müdaxilə edilməyib. Ən azından bunu uğur hesab etmək olar.

Amma konkret hal olaraq çörəyin qiymətinin ucuzlaşacağı inandırıcı gəlmir. Çünki 2022-ci ildə dünyada buğda kəskin bahalaşdı. O cümlədən də ölkəmizdə çörəyin qiyməti artdı. Bu bahalaşmanın təsirlərini azaltmaq üçün dövlət idxal olunan ərzaqlıq buğdaya ƏDV-ni ləğv etdi.

Bundan sonra da çörəyin qiymətində 20 qəpiyə qədər ucuzlaşma oldu. İndi də ümumi bir sabitlik var. Ona görə də çörəyin ucuzlaşması və bahalaşması gözlənilmir”.

 

Son xəbərlər

Kriminal
Bu gün, 17:49

85 yaşlı anasını öldürən şəxs cəzasından şikayətçi oldu

Bütün xəbərlər
Bu gün, 17:01

İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi

Bütün xəbərlər
Bu gün, 15:03

Bu müəllimlər imtahana cəlb olunacaqlar

Bütün xəbərlər
Bu gün, 15:01

Bu məktəblərdə təmayüllü siniflər olacaq

Bütün xəbərlər
Bu gün, 14:02

Cəlilabadda Tunc dövrünə aid saxsı qablar aşkarlanıb

İqtisadiyyat
Bu gün, 13:08

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

Bütün xəbərlər
Bu gün, 12:03

Cəlilabadda avtomobil yanıb

Bütün xəbərlər
Bu gün, 11:02

Hər qoyun və keçi saxlayana 4 manat subsidiya veriləcək

Mədəniyyət
04 sentyabr 2026, 15:22

Yardımlıda arxeoloji qazıntı zamanı insan sümükləri tapılıb

Bütün xəbərlər
04 sentyabr 2026, 13:22

Salyan rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT

Faydalı
04 sentyabr 2026, 12:08

Lənkəranda güzəştli mənzillər satışa çıxarılıb

Bütün xəbərlər
04 sentyabr 2026, 11:15

Nərdivandan yıxılan 73 yaşlı lənkəranlı öldü

Bütün xəbərlər
04 sentyabr 2026, 10:20

İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb

Bütün xəbərlər
04 sentyabr 2026, 09:16

Bu gün Cəlilabadda 44 kənd işıqsız qalacaq

Kriminal
03 sentyabr 2026, 17:04

8 yaşlı qıza qarşı əxlaqsızlıq edənə CƏZA — MƏHKƏMƏ

Bütün xəbərlər
03 sentyabr 2026, 16:04

Lənkəranda sahibsiz itlər problemi yenə gündəmdə

Bütün xəbərlər
03 sentyabr 2026, 15:03

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Bütün xəbərlər
03 sentyabr 2026, 14:30

Ötən gün xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
03 sentyabr 2026, 14:03

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Kriminal
03 sentyabr 2026, 13:02

Keçmiş yeznəsini küçədə güllələmişdi – Şikayəti rədd edildi

Bütün xəbərlər
03 sentyabr 2026, 12:00

Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb

Bütün xəbərlər
03 sentyabr 2026, 11:03

Şəhid anası vəfat etdi

Faydalı
03 sentyabr 2026, 10:33

Birinci sinfə qəbul başa çatır

Bütün xəbərlər
03 sentyabr 2026, 09:45

Tanınmış ailəyə ağır itki üz verib

Oxşar xəbərlər