top
Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 oktyabr 2024, 02:36
- ↺ +

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və mövsümün sonuncu toxum sərgi-satış yarmarkası təşkil edilib.

Cenublu.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Mərkəzinin ərazisində keçirilən festivalda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları iştirak ediblər. Yarmarka çərçivəsində toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanından yararlanıblar.

Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Cəlilabadda təşkil edilən cari ilin sayca 29-cu Aqrar Biznes Festivalında özəl şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar.

Festival çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun həmçinin müxtəlif bank və bank olmayan kredit təşkilatlarının iştirakı ilə Kredit yarmarkası keçirilib. Kredit yarmarkasında fermerlər onları maraqlandıran kredit məhsulları barədə mütəxəssislərə sorğu ilə müraciətlər ünvanlamış və gərəkli informasiyalar əldə ediblər.

Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Aqrar Xidmətlər Agentliyinin Aqar Təlim Mərkəzi tərəfindən “Sertifikatlı toxumların əhəmiyyəti” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Festivalda müxtəlif qadın qrupları və kooperativləri öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə məxsus müasir kənd təsərrüfatı texnikaları və tələbələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə mövsüm ərzində toxum sərgi-satış yarmarkaları Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər, Masallı, Neftçala, Qax, Balakən, Naxçıvan, Şərur, Şabran, Siyəzən, Beyləqan və Cəlilabad rayonlarında təşkil edilib. Avqustun 16-dan Şəki şəhərindən start götürürərək başlayan toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər