top
Broyler yumurtaları ZƏRƏRLİDİR? – AÇIQLAMA
03 noyabr 2024, 04:30
- ↺ +

Broyler yumurtaları ZƏRƏRLİDİR? – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyuq ətini istehlak edənlərin çoxu broyler məhsullarına üstünlük verir. Çünki broyler toyuğu kənd toyuğundan, yəni kənar müdaxilə, xüsusi şərait, qida və dərmanlar olmadan yetişdirilən toyuqdan ucuzdur. Həmçinin broyler yumurtası da kənd yumurtasından qat-qat ucuz satılır.

Cibimiz üçün faydalı olduğunu düşündüyümüz bu məhsulların, təəssüf ki, sağlamlığa ziyanları çoxdur. Broyler məhsullarının ziyanlı olduğu barədə xeyli sayda fikirlər mövcuddur.

Yemlərə vurulan və insan orqanizmi üçün təhlükəli hesab edilən dioksin maddəsi onun kəsildikdən uzun müddət sonra belə xarab olmasının qarşısını alır.

Ölkəmizdə də çox istehlak edilən broyler toyuq və yumurtalarının zərərləri haqqında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya danışıb.

O bildirib ki, broyler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:

“Sənaye üsulu ilə saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda çox çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar.

Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər, insan orqanizminə eyni təsiri göstərir”.

Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:

“Digər məqam isə - toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar ət, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkinlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkinlik dövrünün pozulmasına gətirib çıxarır”.

“Həmin toyuqların yumurtlaması üçün gur süni işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onların aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırılsa da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikro elementlər kənd yumurtasına görə daha aşağı olur.

Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımdan heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsulları mənşəyi bəlli olan yerdən alınsın”, - M.Hüseynova fikirlərini tamamlayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Oxşar xəbərlər