Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış yağır.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Lerikdə 14, Yardımlıda 10, Sabirabad, Lənkəranda 7, Astara, İmişlidə 4, Biləsuvarda 3 mm-dir.