Aprelin 22-də gözlənilən hava proqnozu açıqlanıb.
Cenublu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7–10° isti, gündüz 17–22° isti, dağlıq ərazilərdə gecə 1–6° şaxta, gündüz 5–10° isti olacaq.